“Boeing” on minlərlə işçisini müvəqqəti ixtisar edəcək

“Boeing” on minlərlə işçisini müvəqqəti ixtisar edəcək backend

Təyyarə nəhəngi “Boeing” “737 MAX” və digər təyyarələrinin istehsalını dayandıran təxminən 30,000 maşinistin tətilindən sonra on minlərlə işçini müvəqqəti olaraq ixtisar edəcəyini bildirib.

Qaziler.az bu barədə “Reuters”ə istinadla xəbər verir.

“Yaxın günlərdə biz çoxlu sayda rəhbərliyə və işçilərinə təsir edəcək müvəqqəti məzuniyyət elan edirik. Biz fərdi işçilərin tətil müddətində hər dörd həftədən bir həftəlik məzuniyyət almasını planlaşdırırıq”, - Baş direktor Kelly Ortberq işçilərə göndərilən e-poçt ünvanında yazıb.

“Boeing” rəhbəri ixtisarların on minlərlə işçiyə təsir edəcəyini bildirib. Ortberq qeyd edib ki, o və digər “Boeing” rəhbərləri "tətil müddətində maaşlarda müvafiq azalmalar edəcəklər".

QAZİLER.AZ

Diaspora