Finlandiyada NATO qüvvələrinin yerləşəcəyi şəhərlər məlum olub

Finlandiyada NATO qüvvələrinin yerləşəcəyi şəhərlər məlum olub backend

Finlandiyada Şimali Atlantika Alyansı qoşunlarının qərargahının, eləcə də NATO-nun əsas hərbi infrastrukturunun yerləşəcəyi şəhərlərin adları məlum olub.

Siyahını “Yle” qəzeti dərc edib.

"Quru qoşunlarının qərargahının Mikkelidə yerləşdirilməsi planlaşdırılır <...> İrəli quru qoşunlarının (FLF) qərargahının Finlandiyanın şimalında, Sodankyulya və ya Rovaniemidə yerləşdirilməsi planlaşdırılır", - nəşr yazıb.

“Yle”nin məlumatına görə, Finlandiya hakimiyyət orqanları NATO infrastrukturunun yerini hələ təsdiq etməyiblər.

Qeyd edək ki, daha əvvəl Finlandiya prezidenti Aleksandr Stubb bildirib ki, münaqişə baş verərsə, ölkə 280 min nəfəri hərbi xidmətə çağıra bilər.

QAZİLER.AZ

Diaspora