Putin Qərb ölkələrinə qoyduğu embarqonun müddətini uzatdı

Putin Qərb ölkələrinə qoyduğu embarqonun müddətini uzatdı backend

2014-cü ildə Qərb ölkələrindən kənd təsərrüfatı məhsullarının idxalına tətbiq edilən embarqo iki il müddətinə - 2025-ci il yanvarın 1-dən 2026-cı il dekabrın 31-dək uzadılıb.

Qaziler.az xəbər verir ki, bu barədə Rusiyanın hüquq-mühafizə orqanlarının saytı məlumat yayıb. Bildirilib ki, Putin müvafiq məsələ ilə bağlı sərəncam imzalayıb.

Qərbin qeyri-dost addımlarına cavab olaraq başlayan qida embarqosu Rusiyada 2014-cü il avqustun 7-dən qüvvədədir və ABŞ, Avropa Birliyi, Avstraliya, Norveç və Kanada məhsullarına şamil edilir. Daha sonra siyahı digər Avropa ölkələrindən və Ukraynadan gələn mallarla tamamlanıb.

QAZİLER.AZ

Diaspora