Rusiya və Ukrayna hərbçiləri Sudan silahlı qüvvələrinə birgə təlim keçiblər - "Financial Times"

Rusiya və Ukrayna hərbçiləri Sudan silahlı qüvvələrinə birgə təlim keçiblər - "Financial Times" backend

“Financial Times” (FT) Rusiya və Ukraynanın 2023-cü ildən bəri davam edən Sudan vətəndaş müharibəsində eyni tərəfi dəstəklədiyini müəyyən edib.

Qaziler.az xəbər verir ki, bu barədə “NEWS.ru” “Financial Times”ə istinadla yazır.

Nəşr hərbi kəşfiyyat mənbələrinə istinadən bildirir ki, Ukraynadan olan təqaüdçü pilotlar və Rusiyadan olan snayperlər Sudan lideri Əbdülfəttah əl-Burhanın nəzarətində olan silahlı qüvvələrə təlim keçməyə kömək ediblər.

“Rusiya və Ukrayna döyüşçüləri Sudandakı vətəndaş qarşıdurmasında eyni tərəfə təlim keçməyə kömək ediblər. Ukraynadan olan təqaüdçü pilotlar və Rusiyadan olan snayperlər de-fakto prezidenti, general Əbdülfəttah əl-Burhanın Sudan Silahlı Qüvvələri ilə işləyiblər”, - mənbənin məlumatında qeyd olunub.

Sudan ordusunun nümayəndəsi FT-yə ukraynalıların Sudanda olmasını təkzib edib, Ukrayna Müdafiə Nazirliyi isə əksinə, bu məlumatı təsdiqləyib.

QAZİLER.AZ

Diaspora