Putin region rəhbərlərinə xəbərdarlıq ETDİ

Putin region rəhbərlərinə xəbərdarlıq ETDİ backend

“Rusiya regionlarının rəhbərləri Ukraynadakı xüsusi əməliyyat iştirakçılarına kömək etmək üçün şəxsi məsuliyyət daşıyırlar”.

Qaziler.az “NEWS.ru”ya istinadla xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib. O, federasiyanın təsis qurumlarının seçilmiş rəhbərləri ilə videokonfrans vasitəsilə danışıb və hər bir regionun ümumi qələbəyə töhfəsini qeyd edib.

“Bunlara müdafiə-sənaye kompleksinin təmin edilməsi, xüsusi olaraq hərbi qulluqçularımıza, döyüş veteranlarına, onların ailə üzvlərinə hərtərəfli köməklik göstərilməlidir. Bu, bizim ümumi və regional liderlər kimi sizin şəxsi məsuliyyətimizdir. Bizim vətəndaşlıq, vətənpərvərlik, mənəvi borcumuzdur”, - Putin bildirib.

QAZİLER.AZ

Diaspora