İsrailin müdafiə naziri Yoav Qallant müharibənin yeni mərhələsini açıqlayıb.
Qaziler.az xəbər verir ki, bu barədə “The Times of Israel” yazıb. O, bu barədə ölkənin şimalında yerləşən Ramat-David aviabazasında İsrail Hərbi Hava Qüvvələrinin şəxsi heyətinə bildirib.
Bundan əvvəl isə Qəzza zolağında aylarla davam edən döyüşlərdən sonra İsrail Müdafiə Qüvvələrinin 98-ci diviziyasının şimala köçürülməsi barədə məlumat yayılıb.
“Ağırlıq mərkəzi şimala doğru hərəkət edir. Biz qüvvələri, resursları və enerjini şimala yönləndiririk. İnanıram ki, biz bu müharibənin yeni mərhələsinin astanasındayıq və biz uyğunlaşmalıyıq", - Qallant deyib.
Onun sözlərinə görə, şimalda məqsədlər aydın və sadədir: şəhər sakinlərini sağ-salamat evlərinə qaytarmaq. Qallant hakimiyyətin ölkənin cənubundakı girovları və qarşıya qoyulan tapşırıqları unutmadığını da vurğulayıb və bu vəzifələrin icrasını vəzifə borcu adlandırıb.
QAZİLER.AZ