“Dünyanın müxtəlif yerlərində münaqişələrin sayının artmasına baxmayaraq, dünya hələ də üçüncü dünya müharibəsindən qaça bilər”.
Qaziler.az TASS-a istinadla xəbər verir ki, bu fikirləri BMT-nin baş katibi Antonio Quterreş səsləndirib. O, Baş Assambleyanın 79-cu sessiyasının yüksək səviyyəli həftəsi başlamazdan əvvəl mətbuat konfransında çıxış edib.
“Biz hələ üçüncü dünya müharibəsinin qarşısını almaq mərhələsindəyik”, - baş katib bildirib.
Eyni zamanda, Quterreş dünyada bir çox tərəflərin cəzasız olduqlarını hiss etdiyini və bunun sabitliyə əlavə təhlükə yaratdığı barədə xəbərdarlıq edib.
“Soyuq Müharibə dövründə iki fövqəldövlət nizamlanma üçün razılığa gələ bilərdi, lakin bu gün belə nəzarət mexanizmləri yoxdur”, - deyə baş katib yekunlaşdırıb.
QAZİLER.AZ