Hindistan Rusiya neftini almağa davam edəcəyini bildirdi

Hindistan Rusiya neftini almağa davam edəcəyini bildirdi backend

"Hindistan hökuməti sanksiyalara məruz qalmayan Rusiya şirkətlərindən neft almağa davam etməyə hazırdır".

Qaziler.az “Reuters”ə istinadla xəbər verir ki, bu fikirləri ölkənin neft və təbii qaz naziri Hardip Sinkh Puri deyib. O bildirib ki, Avropa və Yaponiya biznesləri eyni işi görürlər.

“Müəssisə sanksiyalar altında deyilsə, şübhəsiz ki, ən ucuz təchizatçıdan alacam”, - deyə hind nazir bildirib.

"Bloomberg" daha əvvəl bildirmişdi ki, Hindistan Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları, o cümlədən Rusiya Federasiyasından neft qiymətləri ilə bağlı qərarları pozmayacaq.

QAZİLER.AZ

Diaspora