"Biz paraqvaylılar öz tariximindən xalqın məhv edilməsinin nə olduğunu bilirik..." Ölkə.Az xəbər verir ki, Paraqvay Respublikasının Senatı qondarma erməni soyqırımnı tanıyıb. Bu barədə məlumat Senatın saytında yerləşdirilib.
Qəbul edilən qətnamədə deyilir:"Biz paraqvaylılar öz tariximindən xalqın məhv edilməsinin nə olduğunu və bu cür cinayətlərin bəşəriyyət üçün unudulmamasının vacibliyini bilirik".
Erməni soyqırımı Birinci dünya müharibəsi ərəfəsində Anadoluda yaşayan ermənilərin sistemli şəkildə məhv edildiyini irəli sürən iddiadır. Türkiyə Respublikası hadisələri sadəcə erməni-türk qarşıdurması kimi dəyərləndirməkdə və dövlət göstərişinin olmadığını irəli sürsə də, bu gün dünyanın bəzi ölkələri soyqırımın varlığı qəbul ediblər.
Qeyd edək ki, Erməni soyqırımı iddiaları 1965-ci ildən – yəni "soyqırım" ifadəsi gündəmə gəlib.
Kilsənin irəli sürdüyü iddialar Amerika və Avropada erməni lobbisinin dəstəyilə böyük bir kampaniyaya çevrilib. Ermənilər ilk "soyqırım" qərarının qəbuluna Uruqvayda nail olublar.
Xatırladaq ki, Roma Papası Fransisko “erməni soyqırımını” tanıdığını bildirib. Üstəlik Avropa Parlamenti də dünən uydurma "1915-ci il erməni soyqırımı" iddiasını öz qətnaməsi ilə dəstəklədiyini bəyan edib.