BMT Fələstinin İsrailə qarşı ilk qətnaməsini qəbul edib

BMT Fələstinin İsrailə qarşı ilk qətnaməsini qəbul edib backend

BMT Baş Assambleyası İsrail ordusunun Fələstin ərazilərindən bir il ərzində çıxarılması tələbinin qoyulduğu qətnaməni qəbul edib.

"Report" xəbər verir ki, qətnaməni 124 dövlət, o cümlədən Rusiya, Belçika, Braziliya, Qətər, Çin və Fransa dəstəkləyib, 14 ölkə, o cümlədən Macarıstan, İsrail, ABŞ və Çexiya əleyhinə çıxıb, daha 43 dövlət səsvermədə bitərəf qalıb.

Qətnamənin qəbulu üçün üçdə iki səs tələb olunurdu.

Qeyd edək ki, BMT Baş Assambleyasının qətnamələri Təhlükəsizlik Şurasının sənədlərindən fərqli olaraq, məcburi hüquqi qüvvəyə malik deyil.

Diaspora