Böyük Britaniyada, Şotlandiyada təxminən iki il əvvəl yoxa çıxan kişinin qalıqları tapılıb.
Qaziler.az bildirir ki, bu barədə "Daily Record" məlumat yayıb.
57 yaşlı Ross Kinqhorn 16 yanvar 2023-cü ildə səyahətə çıxıbı. O, üç gün ərzində Beynn-a-Qlonun üç zirvəsini fəth etməyi planlaşdırıb, lakin itkin düşüşüb. Onun yoxa çıxması haqda sevgilisi məlumat verib. Xilasetmə və axtarış qrupları Kinqhornun olmasıehtimal edilən ərazidə axtarış aparsalar da, onu tapa bilməyiblər.
Yalnız iki ildən sonra turist tapıldı. Dağlarda sağ qala bilməyib. Turistin qalıqlar hələ rəsmi olaraq müəyyən edilməyib, lakin polis artıq Kinqhornun qohumlarını tapıntı ilə bağlı məlumatlandırıb. Polis əməkdaşları itkin düşən şəxsin işində hələ ki, şübhəli heç nə müşahidə etmədiklərini qeyd ediblər.
QAZİLER.AZ