İŞİD-ə ağır zərbə: İraq ordusu İŞİD terror qruplaşmasının zəbt etdiyi neft yataqlarının hamısını geri qaytarıb. APA TV-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu İraq Neft Nazirliyinin nümayəndəsi Assem Cihad deyib.
“Ordu və təhlükəsizlik qüvvələri Səllah əd-Din əyalətini İŞİD silahlılarından azad edib. Hazırda terror qruplaşmaları yalnız Naynava əyalətində az sayda neft yataqlarına nəzarət edir”, - deyə o bildirib.İraq Neft Nazirliyinin nümayəndəsinin sözlərinə görə, İŞİD özü Naynava əyalətindəki neft yataqlarının işlətməkdə çətinlik çəkir, çünki bunun üçün xüsusi texniki təcrübə tələb olunur.
Assem Cihad İŞİD-in bundan əvvəl böyük neft ehtiyatlarını nəzarətə aldığını vurğulayıb. Məmur terrorçuların nefti kimə satdıqlarını deməkdə çətinlik çəkib.
Assem Cihadin sözlərinə görə, İraqın neft sənayesi İŞİD qruplaşmasına görə milyardlarla dollar itirib.
Qeyd edək ki, terrorçular İraqda neft müəssisələri və borularını sıradan çıxarıb, şimal istiqamətində neftin ixracı dayandırıblar. İraq iki ildən çoxdur hər gün neft ixracından 300-400 min barel neft itirir.