Ukrayna İtaliyadan ikinci SAMP/T zenit-raket kompleksini sentyabrın sonuna qədər alacaq.
Qaziler.az RBC-Ukrayna-ya istinadən xəbər verir ki, bu barədə İtaliyanın müdafiə naziri Qido Krosetto bildirib.
Hava Hücumundan Müdafiə sistemlərinin istehsalı üzrə Avropa konfransında Krosetto “ayın sonuna qədər yeni SAMP/T zenit sisteminin Ukraynaya çatdırılacağını” açıqlayıb.
"Biz gecikmənin hər dəqiqəsinin neçəyə başa gəldiyini bilirik", - deyə İtaliyalı nazir bildirib.
QAZİLER.AZ