Litva Rusiya tərəfində vuruşan əsgərin vətəndaşlığını ləğv edib - FOTO

Litva Rusiya tərəfində vuruşan əsgərin vətəndaşlığını ləğv edib - FOTO backend

Litva hakimiyyəti Kestutis Kvetkusu vətəndaşlıqdan məhrum edib. O, Ukraynaya qarşı rus işğalçılarının tərəfində döyüşür.

Qaziler.az bildirir ki, bu barədə  LRT xəbər verir.

Nəşrin qeyd etdiyi kimi, Kvetkusun vətəndaşlıqdan məhrum edilməsi haqqında fərmanı Litvanın daxili işlər naziri Aqne Bilotaite imzalayıb. O, Litva hakimiyyətinin icazəsi olmadan Rusiya Federasiyasında xidmət edir.

Vətəndaşlıqdan çıxarma barədə qərar müvafiq qanun və Miqrasiya İdarəsi və digər dövlət orqanlarının təqdim etdiyi məlumatlar əsasında qəbul edilib.

QAZİLER.AZ

 

Diaspora