Yunanıstanda neft emalı zavodunda yanğın baş verib

Yunanıstanda neft emalı zavodunda yanğın baş verib backend

Yunanıstanda neft emalı zavodunun ərazisində yanğın baş verib.

Qaziler.az bildirir ki, bu barədə sentyabrın 17-də Reuters agentliyi məlumat yayıb.

Yanğının Afinadan təqribən 70 km qərbdə yerləşən “Motor Oil” neft emalı zavodunda baş verdiyi dəqiqləşdirilir. Fövqəladə vəziyyət nəticəsində işçilər təxliyə edilməli olsa da, xəsarət alan olmayıb.

Nəşrin məlumatına görə, hazırda yanğın yerində üç xilasedici helikopter və 11 yanğınsöndürən maşın işləyir. Yerli sakinlərdən ərazini tərk etməyə çağırılıb.

QAZİLER.AZ

Diaspora