Parisdə binanın damında yanğın baş verib: Xəsarət alanlar var

Parisdə binanın damında yanğın baş verib: Xəsarət alanlar var backend

Bildirilir ki, yanğın zamanı azı iki qaz balonu partlayıb, hadisə nəticəsində 2 nəfər, bir tikinti işçisi və bir yanğınsöndürən yaralanıb.

Ölkə mətbuatında yer alan xəbərlərə görə, yerli vaxtla saat 16.45 radələrində Parisdə yerləşən 10 mərtəbəli binanın çardağında yanğın baş verib.

Yanğına müdaxilə etmək üçün əraziyə çoxlu sayda yanğınsöndürən göndərilərkən, binanın ətrafında təhlükəsizlik tədbirləri görülüb.

“Le Figaro”nun məlumatına görə, yanğın binanın damında tikinti işləri aparılarkən baş verib.

Parisin 13-cü dairəsinin meri yanğının yerli vaxtla saat 19:00 radələrində nəzarət altına alındığını açıqlayıb.

Yanğın səbəbindən nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. 

QAZİLER.AZ

Diaspora