Meksikada leysan yağışların səbəb olduğu torpaq sürüşməsi nəticəsində 6 nəfər ölüb

Meksikada leysan yağışların səbəb olduğu torpaq sürüşməsi nəticəsində 6 nəfər ölüb backend

Meksikanın Naukalpan şəhərində güclü yağışların səbəb olduğu torpaq sürüşməsi nəticəsində 6 nəfərin öldüyü, 3 nəfərin yaralandığı bildirilib.

Yerli mətbuatın məlumatına görə, güclü yağış Meksikanın Naukalpan şəhərində həyata mənfi təsir edib.

Yağışlar nəticəsində baş verən sürüşmədə 2-si qadın olmaqla 6 nəfər ölüb, 3 nəfər yaralanıb.

Sürüşmə nəticəsində bir ev və məktəbə də ziyan dəyib.

Mexiko ştatının qubernatoru Delfina Qomez sürüşmə nəticəsində zərər çəkmiş ailələrə dəstək olmaq üçün xilasetmə qrupları və təhlükəsizlik qüvvələrinin göndərilməsi barədə göstəriş verib.

Sentyabrın 14-də Mexiko ştatında, Mexiko şəhərinin qərbində Jilotzinqoda baş verən torpaq sürüşməsi nəticəsində 9 nəfər həlak olub. Bölgədə baş verə biləcək sürüşmə ilə əlaqədar 100-dən çox ailə təhlükəsiz ərazilərə köçürülüb.

İyulun sonunda yağışlı mövsüm başlayandan bəri, Meksika əyalətində torpaq sürüşmələri və güclü yağışlar təsir edir.

QAZİLER.AZ

Diaspora