Finlandiya münaqişə vəziyyətində 280 min insanı çağıracaq
Münaqişə halında Finlandiya 280 min nəfəri hərbi xidmətə çağıra bilər.
Qaziler.az bildirir ki, bu barədə sentyabrın 17-də ölkə prezidenti Aleksandr Stubb Die Welt telekanalına müsahibəsində bildirib.
“Müharibə başlayarsa, dərhal 280 min insanı çağıra bilərik” dedi.
Bundan əlavə, Stubb Finlandiya Müdafiə Qüvvələrinin NATO-nun ən güclülərindən biri olduğunu vurğulayıb.
QAZİLER.AZ