Livanın müxtəlif bölgələrində rabitə qurğularının partlaması nəticəsində 2800-dən çox insan xəsarət alıb.
APA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin məlumatında bildirilib.
Məlumata görə, partlayışlar nəticəsində 8 nəfər ölüb.
***
18.54
1000-dən çox insan, o cümlədən Hizbullah döyüşçüləri Livanda ünsiyyət üçün istifadə etdikləri rabitə qurğularının partlaması nəticəsində yaralanıb.
APA xəbər verir ki, bu barədə “Reuters“ təhlükəsizlik mənbələrinə istinadən məlumat yayıb.
Suriyada da partlayışların baş verdiyi və Hizbullah döyüşçülərinin yaralandığı bildirilir.
Adının açıqlanmasını istəməyən Hizbullah rəsmisi Livandakı partlayışların arxasında İsrailin dayandığını iddia edib.
O, partlayışların “cihazları hədəf alan təhlükəsizlik əməliyyatının nəticəsi" olduğunu deyib.
İsrail ordusu “Reuters“in partlayışlarla bağlı sorğularını şərh etməkdən imtina edib.
***
18:07
Beyrutun Dahiyə məhəlləsində Hizbullah əməliyyatçıları tərəfindən istifadə edilən portativ rabitə qurğularının partlaması nəticəsində yüzlərlə döyüşçü yaralanıb.
APA xəbər verir ki, “Reuters” adı açıqlanmayan təhlükəsizlik mənbəsinə istinadən məlumat yayıb.
Mənbə əlavə edir ki, qurğular Livanın cənubunda da partlayıb.
Livan Səhiyyə Nazirliyi bütün ölkədə baş verən partlayışlardan sonra insanları rabitə cihazlarından uzaq durmağa çağırıb.
İddialara görə, rabitə qurğuları İsrail tərəfindən partladılıb.
Hadisə ilə bağlı İsrail tərəfindən heç bir şərh verilməyib.