Hindistan XİN ölkənin Moskva və Kiyevlə danışıqlar aparmaq imkanından danışıb

Hindistan XİN ölkənin Moskva və Kiyevlə danışıqlar aparmaq imkanından danışıb backend

Hindistan həm Rusiya, həm də Ukrayna ilə danışa bilər

Nyu-Dehlinin Ukrayna münaqişəsinin həlli üçün həm Moskva, həm də Kiyevlə danışmaq imkanı var.

Qaziler.az Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankar bunu sentyabrın 17-də Times Now telekanalına müsahibəsində deyib.

“Bu gün biz bir neçə ölkədən biriyik ki, hər iki hökumətlə, hər iki dövlətlə (Rusiya və Ukrayna. - Red.) bu çox çətin zamanda danışa bilirik və həqiqətən də bununla məşğul olmaq üçün nə edilə biləcəyini görə bilirik", - Cayşankar, Times Now YouTube kanalında yayımlanan müsahibəsində dedi.

Nazir Hindistanın baş naziri Narendra Modinin iyulun 8-9-da Rusiyaya və avqustun 23-də Ukraynaya səfərləri zamanı heç bir sülh planını təbliğ etmədiyini, əksinə münaqişənin sona çatması üçün qlobal istəyi ifadə etməyə çalışdığını diqqətə çatdırıb.

QAZİLER.AZ

Diaspora