Hindistan həm Rusiya, həm də Ukrayna ilə danışa bilər
Nyu-Dehlinin Ukrayna münaqişəsinin həlli üçün həm Moskva, həm də Kiyevlə danışmaq imkanı var.
Qaziler.az Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankar bunu sentyabrın 17-də Times Now telekanalına müsahibəsində deyib.
“Bu gün biz bir neçə ölkədən biriyik ki, hər iki hökumətlə, hər iki dövlətlə (Rusiya və Ukrayna. - Red.) bu çox çətin zamanda danışa bilirik və həqiqətən də bununla məşğul olmaq üçün nə edilə biləcəyini görə bilirik", - Cayşankar, Times Now YouTube kanalında yayımlanan müsahibəsində dedi.
Nazir Hindistanın baş naziri Narendra Modinin iyulun 8-9-da Rusiyaya və avqustun 23-də Ukraynaya səfərləri zamanı heç bir sülh planını təbliğ etmədiyini, əksinə münaqişənin sona çatması üçün qlobal istəyi ifadə etməyə çalışdığını diqqətə çatdırıb.
QAZİLER.AZ