NATO-nun Yaxın Şərqdə bürosu olacaq

NATO-nun Yaxın Şərqdə bürosu olacaq backend

NATO bir neçə ay ərzində Əmmanda Yaxın Şərq ölkələri ilə kommunikasiya üçün səfirlik modeli əsasında fəaliyyət göstərəcək ofis açmaq niyyətindədir.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə alyansın Afrika və Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina “The National” qəzetinə müsahibəsində deyib.

“Bu səfirlik bizə siyasi məlumat toplamaq, insanlarla danışmaq və vəziyyətin necə dəyişdiyini daha yaxşı başa düşməyə kömək edəcək. Hətta bəzi cənublu tərəfdaşların istəyi olarsa, başqa ölkələrdə də iştirak etmək mümkün olacaq”, - o bildirib.

Xüsusi nümayəndənin sözlərinə görə, NATO-nun Yaxın Şərqdə baş verənlərə xüsusi diqqət yetirməsi onun Ukraynaya dəstəyinə heç bir şəkildə təsir etməyəcək

Diaspora