ABŞ-a köçdükdən sonra Şahzadə Harri bütün həyatı boyu tanıdığı dostlarından məhrum qalıb.
Qaziler.az bu barədə “Daily Mail”ə istinadla yazır. Nəşrin məlumatına görə, indi onun yalnız bir yaxın dostu var, o da mühafizəçisi Devid Lenqdaun.
Qeyd olunur ki, vaxtilə bu şəxs London polisində çalışıb, lakin son 16 ildə o, Britaniya kral ailəsinin üzvlərini, o cümlədən Kraliça II Yelizavetanı qoruyub. Bundan əlavə, Lenqdaun 2012-ci ildə şahzadənin çılpaq fotoları bütün dünya mediasında yayılanda Las-Veqasda qalmaqallı məclisdə Harrini müşayiət edib.
QAZİLER.AZ