İspaniya Mülki Qvardiyası 5,4 tona yaxın narkotik vasitə müsadirə edib və 4 nəfəri saxlayıb.
Qaziler.az xəbər verir ki, bu barədə ölkənin hüquq-mühafizə orqanlarının press-relizində deyilir.
Qurumun verdiyi məlumata görə, polis Quadalquivir çayının mənsəbində narkotik maddə olan qayığın qarşısını alıb. Gəmi heyətinin bütün üzvləri həbs edilib. İki şübhəli üzərək Mülki Qvardiyadan qaçmağa çalışıb və nəticədə polis onları boğulmaqdan xilas etməli olub.
Xəbərdə iş üzrə istintaqın davam etdiyi qeyd olunub.
QAZİLER.AZ