Serbiya prezidenti Aleksandr Vuçiç ölkədə hərbi xidmətə çağırışın bərpası haqqında fərman imzalayıb.
Qaziler.az Ermənistan KİV-nə istinadla xəbər verir ki, Vuçiç qərarını belə şərh edib:
"Ümid edirəm ki, güclü orduya nə qədər ehtiyacımız olduğunu başa düşürsünüz".
Hərbi xidmətə çağırış müddəti 75 gün müəyyən edilib və kişilər üçün məcburi olacaq.
"Biz heç kimə hücum etmək fikrində deyilik, lakin bizi təhdid edənləri qorxutmaq istəyirik" , - Vuçiç deyib, lakin Serbiya üçün təhlükə mənbəyinin kim olduğunu açıqlamayıb.
Qeyd edilib ki, Serbiya 2011-ci ildə məcburi hərbi xidməti ləğv edib. Vuçiçin qərarının qüvvəyə minməsi üçün o, prezident partiyasındakı səslərin böyük əksəriyyətinə malik olan hökumət və parlament tərəfindən təsdiqlənməlidir.
QAZİLER.AZ