Rusiya Bankı 2026-cı ildə Maqadanda özünün 10 rublluq sikkəsini buraxacaq.
Qaziler.az “eastrussia.ru”ya istinadla xəbər verir ki, məlumatı Maqadan vilayətinin hökuməti yayıb.
Maqadanın təsviri olan sikkə mis-galvanik örtüklü poladdan hazırlanacaq. Sikkənin hər bir nüsxə üçün bir milyon nüsxə tirajla buraxılması planlaşdırılır.
Qeyd edək ki, 2021-ci ildə Rusiya prezidenti Vladimir Putin Maqadana Kolıma sakinlərinin regionun inkişafına və Böyük Vətən Müharibəsində qələbəyə verdiyi töhfəyə görə “Əmək Şücaəti Şəhəri” titulunu verib.
Milyonlarla insanın xatirəsində SSRİ-nin ən böyük həbsxana və düşərgələr şəhəri kimi həkk olunmuş Maqadan Uzaq Şərqdə, Oxot dənizinin sahilində yerləşir. Buranın torpağı qızıl, gümüş və metallarla zəngin olub
QAZİLER.AZ