Ukrayna xüsusi təyinatlıları Rusiyanın Suriyadakı bazasına hücum edib - KİV

Ukrayna xüsusi təyinatlıları Rusiyanın Suriyadakı bazasına hücum edib - KİV backend

Sentyabrın 15-də Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin əsgərləri Suriyadakı Rusiya hərbi bazasına hücum ediblər.

Qaziler.az bildirir ki, “Kyiv Post”un hərbi kəşfiyyatdakı mənbəsinin bildirdiyinə görə, əməliyyat Hələbin cənub-şərq istiqamətində keçirilib və “Kyiv Post” müvafiq görüntülər əldə edib.

Znaj.ua”nın verdiyi məlumata görə, bu bazada Rusiya hərbçiləri hücum PUA-larını istehsal edib sınaqdan keçirirmişlər. Bundan əlavə, hücuma məruz qalan baza ruslar tərəfindən "kamuflyajlı əldəqayırma partlayıcı qurğular"ın istehsalı üçün istifadə edilib, onların döyüş hissələri Baş Kəşfiyyat İdarəsində xüsusi təyinatlılarının hücum etdiyi mövqedə saxlanılıb.

QAZİLER.AZ

Diaspora