Cənubi Koreya Rusiyadan uran nüvə yanacağının alışını azaltmağı planlaşdırır.
Qaziler.az bildirir ki, bu barədə “Yonhap” agentliyi nüvə sənayesindəki mənbəyə istinadən məlumat yayıb.
“Rusiya-Ukrayna müharibəsindən sonra Cənubi Koreyanın Rusiya uran yanacağından asılılığı getdikcə ağırlaşır”, - hesabatda qeyd edilib.
Seul ölkənin Rusiya yanacağının alışını azaldacağını gözləyir. 2019-2023-cü illərdə Koreyanın KHNP şirkəti nüvə elektrik stansiyalarının istismarı üçün xaricdən 1947 ton zənginləşdirilmiş uran alıb. Bunların 34%-ə yaxını Rusiyadan alınıb.
Cənubi Koreya hakimiyyəti Rusiya prezidenti Vladimir Putinin KXDR-ə səfərindən sonra Rusiya Federasiyasına qarşı sanksiyalar barədə daha fəal danışmağa başlayıb. Bundan sonra Cənubi Koreya hakimiyyəti Ukraynaya öldürücü silahların tədarükü ilə bağlı mövqeyinə yenidən baxacağını açıqlayıb.
QAZİLER.AZ