Hazırda "Dünyanın ən yaşlı insanı" odur

Hazırda "Dünyanın ən yaşlı insanı" odur backend

Yaponiyada qocalar evində yaşayan Tomiko İtuoka ötən ay 117 yaşlı Mariya Branyasın ölümündən sonra "dünyada yaşayan ən yaşlı insan" olub.

Qaziler.az bildirir ki. "Ginnes"in verdiyi açıqlamaya görə, səlahiyyətlilər 116 yaşlı Tomikonu qaldığı qocalar evində ziyarət ediblər.

Rəsmilər onun rekord sertifikatını təqdim etdikdən sonra Tomiko "dünyanın ən yaşlı insanı" titulunun sahibi olub.

Yaponiya II Dünya Müharibəsinə girəndə İmperator Meidjinin dövründə anadan olan Tomikonun 32 yaşı olub.

Xatırladaq ki, “dünyanın ən yaşlı insanı” olaraq qeyd edilən 117 yaşlı ispaniyalı Maria Branyas avqustun 20-də vəfat edib.

QAZİLER.AZ

Diaspora