Almaniyada baş verən yanğında 2 Türkiyə vətəndaşı həyatını itirib

Almaniyada baş verən yanğında 2 Türkiyə vətəndaşı həyatını itirib backend

Türkiyə Xarici İşlər Nazirliyi Almaniyanın Ebersvalde şəhərində baş verən yanğında 2 Türkiyə vətəndaşının həyatını itirdiyini açıqlayıb.

Qaziler.az TRT-Haber-ə istinadən bildirir ki, Almaniyanın paytaxtı Berlinin şimalında yerləşən Ebersvaldedə bir evdə baş verən yanğında Türkiyə vətəndaşı olan ana və 5 yaşlı oğlunun həyatını itirdiyi öyrənilib.

Polisin bildirdiyinə görə, Ebersvaldin mərkəzində 3 mərtəbəli binada yanğın baş verib, iki nəfər ölüb, 6 nəfər yaralanıb.

Yerli mənbələrdən alınan məlumata görə, ölənlərin milliyyətcə türk olan ana və onun 5 yaşlı oğlu olduğu öyrənilib.

Binanın birinci mərtəbəsində dönərxananın olduğu və yanğının başvermə səbəbinin məlum olmadığı bildirilib.

Polis yanğınla bağlı genişmiqyaslı araşdırmaya başlayıb.

 

QAZİLER.AZ

Diaspora