Ukrayna Danimarkadan F-16 qırıcılarının daha bir partiyasını alacaq - Poulsen

Ukrayna Danimarkadan F-16 qırıcılarının daha bir partiyasını alacaq - Poulsen backend

2024-cü ilin sonuna qədər Ukrayna Danimarkadan F-16 qırıcılarının daha bir partiyasını alacaq. Yeni tədarüklərdə olan təyyarələrin dəqiq tarixi və sayı əməliyyat təhlükəsizliyi baxımından məxfi olaraq qalır.

Qaziler.az RBC-Ukrayna-ya istinadən xəbər verir ki, bunu Danimarkanın müdafiə naziri Troels Lund Poulsen deyib.

Nazirin sözlərinə görə, ilk təyyarə avqust ayında Ukraynaya təhvil verilib və Danimarka ümumilikdə 19 qırıcı tədarük etməyi öhdəsinə götürüb.

"Daha bir F-16 2024-cü ilin ikinci yarısında təhvil veriləcək", - Poulsen təsdiqləyib.

QAZİLER.AZ

Diaspora