Latviya Müdafiə Nazirliyi əvvəllər Böyük Britaniyadan alınmış CVR(T) döyüş kəşfiyyatlı zirehli maşınlarının Ukraynaya təhvil verildiyini açıqlayıb. Əməliyyat təhlükəsizliyini təmin etmək üçün idarə avadanlığın dəqiq miqdarını açıqlamayıb.
Qaziler.az bildirir ki, bu barədə “Delfi” məlumat yayıb.
2023-cü ildən Latviya 2026-cı ilə qədər Ukraynaya hər il ÜDM-in 0,25%-i həcmində hərbi yardım göstərməyi öhdəsinə götürüb. Latviya bu günə kimi Ukraynaya vertolyotlar, özüyeriyən haubitsalar və digər silah növlərini artıq verb.
Böyük Britaniya ilə 2014-cü ildə imzalanmış müqaviləyə 116-sı modernləşdirilmiş 123 zirehli maşının tədarükü daxildir. İlk tədarüklər 2015-ci ildə həyata keçirilib, 2019-cu ildə isə əlavə müqavilə imzalanıb.
Latviyanın müdafiə naziri Andris Spruds bildirib ki, CVR(T)-ni əvəz edəcək yeni piyada döyüş maşınlarının alınması son mərhələdədir. Bu maşınlar Latviya ordusunun yenidən silahlanması və taktiki əməliyyatlarda iştirak üçün lazımdır.
CVR(T) 20-ci əsrin ortalarında hazırlanmış İngilis zirehli maşınlar ailəsindəndir. Onlar yüksək manevr qabiliyyəti və çox yönlü olması ilə tanınırlar. Bu maşınlar kəşfiyyat, patrul, yanğına dəstək və zərərçəkənlərin təxliyyəsi daxil olmaqla geniş spektrli missiyaları yerinə yetirə bilir.
QAZİLER.AZ