Tokayev Qazaxıstan terrorla mübarizə idarəsinin rəhbərini vəzifəsindən azad edib

Tokayev Qazaxıstan terrorla mübarizə idarəsinin rəhbərini vəzifəsindən azad edib backend

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev respublikanın Milli Təhlükəsizlik Komitəsinin (MTK) Xarici Kəşfiyyat və Antiterror Xidmətinin rəhbəri Ruslan Seysembayevi vəzifəsindən azad edib.

Qaziler.az bildirir ki, bu barədə Qazaxıstan liderinin mətbuat xidməti Telegram kanalında məlumat yayıb.

“Ruslan Temirqalieviç Seysembayev Qazaxıstan Respublikası Milli Təhlükəsizlik Komitəsi sədrinin müavini – Terrorla Mübarizə Xidmətinin rəhbəri vəzifəsindən azad edilib”, - deyə məlumatda bildirilir.

Həmçinin bildirilir ki, Əsgər Amerxanov Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin sədr müavini və Xarici Kəşfiyyat Xidmətinin direktoru vəzifəsindən azad edilib.

QAZİLER.AZ

Diaspora