İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bildirib ki, İran “Çamran-1” tədqiqat peykini orbitə göndərib.
QAZÌLER.AZ Publika.az-a isinaden xəbər verir ki, peykin əsas funksiyası orbital manevr texnologiyasını sınaqdan keçirməkdir.
“Bu gün səhər saatlarında “Çamran-1” tədqiqat peyki “Qaem-100” daşıyıcı aparatı vasitəsilə kosmosa buraxılıb və 550 kilometr yüksəklikdə uğurla orbitə çıxarılıb”, - məlumatda deyilir.
Hesabatda qeyd edildiyi kimi, peykin əsas missiyası orbital manevr texnologiyasını təsdiqləmək üçün proqram və avadanlıqları sınaqdan keçirməkdir.