Husilər Suriyaya qoşun göndərməyə başlayıblar

Husilər Suriyaya qoşun göndərməyə başlayıblar backend

Yəmənin Ənsar Allah hərəkatı İsraillə qarşıdurma üçün yarımhərbi qüvvələrini Suriyaya köçürməyə başlayıb.

Qaziler.az xəbər verir ki, bu barədə “RİA Novosti” mənbəyə istinadən xəbər verir.

Mənbənin sözlərinə görə, söhbət briqada ölçüsündə olan qüvvələrdən gedir. Agentliyin həmsöhbəti əlavə edib ki, husilər onları kiçik qruplar halında İordaniya vasitəsilə Suriyaya köçürüblər.

O, həmçinin qeyd edib ki, bu qüvvələr texniki cəhətdən təchiz edilmiş və İsrail yaşayış məntəqələrinin ərazisində hücum əməliyyatları keçirmək üçün ən yaxşı hazırlıq keçmiş qüvvələrdir. Dəstələrə cəlb olunan döyüşçülərə texnika ilə işləmək üçün təlim keçilib, artilleriya və PUA-larla işləmək qabiliyyətinə malikdirlər.

QAZİLER.AZ

Diaspora