ABŞ Ukraynaya qoşun yeritməyəcəyini açıq bəyan etdi

ABŞ Ukraynaya qoşun yeritməyəcəyini açıq bəyan etdi backend

ABŞ Ukraynadakı münaqişənin iştirakçısına çevrilmək niyyətində deyil.

Qaziler.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bunu Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib.

“Biz açıq şəkildə bildiririk ki, Ukraynadakı münaqişənin iştirakçısı olmaq niyyətində deyilik”, - Miller deyib.

O vurğulayıb ki, bu, Amerika silahlı qüvvələrinin Ukraynaya göndərilməsinə də aiddir;

O, həmçinin əlavə edib ki, Vaşinqton Rusiya prezidenti Vladimir Putinin Qərbin Ukrayna münaqişəsində iştirakının nəticələri ilə bağlı sözlərini diqqətlə izləyir. Eyni zamanda, Millerin sözlərinə görə, ABŞ Kiyevi lazımi silahlarla təchiz etməyə davam edəcək və Ukrayna Silahlı Qüvvələrinə yardım üçün beynəlxalq koalisiyada iştirak edəcək.

QAZİLER.AZ

Diaspora