Nyu-Meksiko ştatındakı “Karlsbad" Mağaraları Milli Parkı turistlər tərəfindən atılan bir paçka çipsiyə görə ekosistemdə problemlər yaşayır.
Bu barədə “İndependent” xəbər verir.
Naməlum turist səyahət zamanı bir paçka “Cheetos” atıb. Emal edilmiş qarğıdalı mağaranın döşəməsində kifin əmələ gəlməsinə səbəb olub. Daha sonra digər turistlər gəzərək çipsinin parçalarını ətrafa yayıblar.
Park gözətçiləri ekosistemi qorumaq üçün artıq göbələklərin yayıldığı əraziləri təmizləyiblər.
Mütəxəssislərin fikrincə, kifin yayılması mağarada və onun ətrafında yaşayan heyvanlara əhəmiyyətli dərəcədə təsir göstərə bilər. Məsələn, Braziliya sərbəst quyruqlu yarasa da daxil olmaqla 17 növ yarasa var. Əvvəllər bu növlərin nümayəndələri "ağ burun sindromu" adlanan mantar xəstəliyindən əziyyət çəkiblər, buna görə populyasiyalarında əhəmiyyətli dərəcədə azalma müşahidə olunub.
Milli Park turistlərin əraziyə tez-tez zibil atdığını bildirib.
QAZİLER.AZ