Avropa İttifaqının bir sıra ölkələri Beynəlxalq Valyuta Fondunun Rusiyaya iqtisadi vəziyyətin yaxşılaşdırılması ilə bağlı tövsiyələr verməsi qərarını qəribə hesab ediblər.
Qaziler.az xəbər verir ki, bu barədə Bloomberg yazır.
Litva birbaşa bəyan edib ki, bu addım Aİ və ABŞ-nin onu təcrid etməyə çalışdığı şəraitdə Moskvaya iqtisadi yardımına bənzəyir.
“Sentyabrın 11-də Aİ nümayəndələrinin görüşündə Fransa, Belçika və Polşa, eləcə də bir sıra Baltikyanı və Şimali Avropa ölkələri BVF-nin bu ayın əvvəlində illik iqtisadi təhlillər üzrə Moskva ilə dialoqu bərpa etmək qərarından təəccübləndiklərini bildiriblər”, - agentlik yazıb.
QAZİLER.AZ