ABŞ İranın Trampın qərargahına haker hücumu ilə bağlı cinayət işi hazırlayır

ABŞ İranın Trampın qərargahına haker hücumu ilə bağlı cinayət işi hazırlayır backend

ABŞ Ədliyyə Nazirliyi İranın Donald Trampın prezidentlik kampaniyasına yönəlmiş haker hücumu ilə bağlı cinayət işi hazırlayır. Beləliklə, İran seçkinin nəticələrinə təsir göstərməyə çalışıb.

Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna  xəbər verir.

Agentliyin mənbələri  ittihamların kimə və nə vaxt elan oluna biləcəyini dəqiqləşdirməyib.

İran "əvvəlki seçki dövrləri ilə müqayisədə builki seçkilərə təsir etmək üçün daha çox səy göstərir və bu seçkilər yaxınlaşdıqca İranın fəaliyyəti daha aqressivləşir", - deyə Ədliyyə Departamentinin milli təhlükəsizlik üzrə yüksək vəzifəli rəsmisi, Baş prokurorun köməkçisi Metyu Olsen bildirib.

Xatırladaq ki, avqustun 11-də Trampın qərargahı onların kompüterlərinin xarab olduğunu açıqlamışdı.

QAZİLER.AZ

Diaspora