İsrail "Hizbullah"a qarşı quru əməliyyatına hazırdır

İsrail "Hizbullah"a qarşı quru əməliyyatına hazırdır backend

İsrail şiə "Hizbullah" hərəkatının infrastrukturuna zərbələr endirməkdə davam edir və Livanda quru əməliyyatı keçirmək planları hazırlayır.

Qaziler.az bildirir ki, bu barədə “İzvestiya”ya İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidmətinin nümayəndəsi mayor Anna Ukolova məlumat verib.

“Biz “Hizbullah”ın mövqelərinə zərbələri gücləndiririk, yaraqlıların və komandirlərin məqsədyönlü şəkildə öldürülməsini həyata keçiririk. Bütün bu müddət ərzində ordu bölmələri Livanda əməliyyatların inkişafı üçün təlimlər keçirir və müxtəlif əməliyyat planları üzərində işləyir. Hökumətimizin qərarı olarsa, biz quru əməliyyatına hazırıq”, - Anna Ukolova “İzvestiya”ya deyib.

İsrail ordusunun sözçüsü əlavə edib ki, yəhudi dövləti “şəhərlərə təhlükəsizliyin qaytarılması” üçün hər şeyi etməyə davam edəcək.

QAZİLER.AZ

Diaspora