Argentinada yüksək sürətlə hərəkət edən avtomobil 35 nəfəri vurub

Argentinada yüksək sürətlə hərəkət edən avtomobil 35 nəfəri vurub backend

Argentinanın  Kordova şəhərində “Toyota Corolla” markalı avtomobilin sürücüsü yüksək sürətlə 35 nəfəri vurub.

Qaziler bildirir ki, bu barədə sentyabrın 12-də TN telekanalı məlumat yayıb.

“Həmin şəxs Kordova əyalətində idarəetməni itirib və səkiyə çıxıb. Avtomobil 35 nəfəri vurub: 15 nəfər yaralanıb, 8 nəfər rayon xəstəxanalarına çatdırılıb, onlardan azı ikisinin vəziyyəti ağırdır”, - məlumatda deyilir.

Hadisə şahidinin sözlərinə görə, sürücü avtomobili 100 km/saatdan çox sürətlə idarə edib.

Aydın olur ki, 68 yaşlı sürücü avtomobili idarə edərkən huşunu itirmiş ola bilər. O, polis tərəfindən saxlanılıb.

QAZİLER.AZ

Diaspora