ABŞ-ın keçmiş səfiri Harrisin prezident olacağı təqdirdə Ukrayna ilə bağlı mövqeyini proqnozlaşdırıb

ABŞ-ın keçmiş səfiri Harrisin prezident olacağı təqdirdə Ukrayna ilə bağlı mövqeyini proqnozlaşdırıb backend

ABŞ-ın vitse-prezidenti Kamala Harris prezident seçkilərində qalib gəlsə, bəzi məsələlərdə indiki prezident Co Baydendən daha aqressiv olacaq.

Qaziler.az bildirir ki, bunu  "American University Kyiv"də keçirilən görüşdə RBC-Ukraynanın sualını cavablandıran ABŞ-ın Ukraynadakı keçmiş fövqəladə və səlahiyyətli səfiri Uilyam Teylor deyib.

"Mən əminəm ki, o (Kamala Harris - red.) prezident Baydendən bir az daha aqressiv olacaq", - Teylor deyib.

Eyni zamanda o, prezident Baydenin əla iş gördüyünü qeyd edib. O, koalisiya yaratdı, onu  saxladı, Ukrayna prezidenti Vladimir Zelenski ilə yaxından işlədi və avropalılarla sıx əməkdaşlıq etdi.

"O, əla iş gördü. Ancaq bəzi şeylərdə ləngdir. HIMARS, Abrams və F-16-larla bağlı bəzi qərarlar verməkdə ləng idi. İndi o, Rusiyanın dərinliklərinə zərbə endirmək və hücum etmək qərarına gəlməkdə ləngiyir. Və o, artıq qeyd edib ki, bəzi məsələlərdə hətta prezident Baydendən də bir qədər aqressiv olacaq”, - eks səfir izah edib.

Xatırladaq ki, ötən gecə ABŞ-da prezidentliyə namizədlər Kamala Harris və Donald Trampın ilk debatı baş tutub.

QAZİLER.AZ

Diaspora