12 yaşlı uşaq dünyanın ən böyük kruiz gəmilərindən birinin eyvanından yıxılıb

12 yaşlı uşaq dünyanın ən böyük kruiz gəmilərindən birinin eyvanından yıxılıb backend

Dünyanın ən böyük gəmilərindən sayılan "Harmony of the Seas" adlı lüks kruiz gəmisində 12 yaşlı sərnişin eyvandan yıxılaraq ölüb.

Qaziler.az xəbər verir ki, bu barədə “The Washington Post” məlumat yayıb.

“Royal Caribbean” gəmisinin Honduras və Meksikada dayanacaqlarla Karib dənizində yeddi günlük kruizdə olduğu dəqiqləşdirilir. Qəza ötən gecə, layner artıq Texasa qayıdarkən baş verib. Uşaq gəminin içərisinə baxan eyvandan yıxılaraq Mərkəzi Park ərazisinə düşüb.

Hadisənin səbəbləri araşdırılır.

QAZİLER.AZ

Diaspora