Ukrayna istismardan çıxarılan hərbi texnikanın verilməsi xahişi ilə İtaliyaya müraciət edib.
Qaziler.az “Reuters”ə istinadla xəbər verir ki, bunu Ukraynanın yeni xarici işlər naziri Andrey Sibiqa deyib.
“Antonio Tajani (İtaliya Xarici İşlər Nazirliyinin rəhbəri) ilə söhbət... Mən də italyan hərbi texnikasının istismardan çıxarılmasında maraqlı olduğumuzu bildirdim”, - deyə ukraynalı nazir bildirib.
Ukrayna Xarici İşlər Nazirliyinin məlumatına görə, tərəflər digər məsələlərlə yanaşı, İtaliyaya növbəti hərbi yardım paketinin sürətləndirilməsini, eləcə də Ukraynanın hava hücumundan müdafiə sisteminin gücləndirilməsini müzakirə ediblər.
QAZİLER.AZ