Moskva və bütün Rusiyanın patriarxı Kirill Sankt-Peterburqun Aleksandr Nevski meydanında çıxışından sonra özünü pis hiss edib.
Qaziler.az xəbər verir ki, bu barədə “Fontanka” məlumat yayıb.
Nəşrin məlumatına görə, Rus Pravoslav Kilsəsinin rəhbəri Aleksandr Nevskinin qalıqlarının təhvil verilməsi şərəfinə keçirilən dini yürüş başa çatdıqdan sonra özünü pis hiss edib. Nəticədə insanlar onu əlləri ilə təcili yardıma aparıblar.
Nəşrin məlumatına görə, baş verənlərə səbəb istilər olub.
"Hər şey qaydasındadır, həkimlər ona kömək etdilər və o, maşını ilə getdi", - mənbə qeyd edib.
QAZİLER.AZ