"Amerikanın orta mənzilli raketləri Asiya-Sakit okean regionunda yerləşdirilərsə, Çin güclü tədbirlərlə cavab verəcək".
Qaziler.az TASS-a istinadla xəbər verir ki, bu açıqlamanı Çin Xalq Azadlıq Ordusunun general-leytenantı He Lei verib. O qeyd edib ki, bu silah sistemlərinin Asiya-Sakit okean regionunda yerləşdirilməsi region dövlətlərinin təhlükəsizliyini təhdid edir.
“ABŞ-nin yerləşdirdiyi orta mənzilli raketlər Asiya-Sakit okean regionunun müxtəlif ölkələrinin təhlükəsizliyinə təhdid yaradır. Biz bunun qəti əleyhinəyik və bunun qəti şəkildə dayandırılması üçün ciddi tədbirlər görəcəyik”, - deyə hərbi zabit bildirib.
He Lei vurğulayıb ki, ABŞ-nin Asiya-Sakit Okean regionunda orta mənzilli raketlər yerləşdirmək üzrə hərəkətləri regionun üzləşdiyi ən böyük təhlükəsizlik təhdidi olacaq. General qeyd edib ki, silahların dəqiq hara qoyulacağı önəmli deyil.
QAZİLER.AZ