Uzun müddətə Türkiyəyə gələn rusiyalı turistlər yüksək inflyasiya səbəbindən ölkəni kütləvi şəkildə tərk etməyə başlayıblar.
Qaziler.az bu barədə “Gercekgundem”ə istinadla xəbər verir.
Rusiya vətəndaşlarının əksəriyyəti məhsul və xidmətlərin qiymətlərindəki artım səbəbindən Türkiyəni həmişəlik tərk etmək qərarına gəlib. Qeyd olunur ki, son 2 ildə 65 min nəfər artıq Türkiyədən gedib.
KİV-in məlumatına görə, bəzi ruslar Monteneqro və Serbiya kimi Balkan ölkələrinə köçməyə üstünlük verirlər. Hətta mülk yolu ilə vətəndaşlıq alanlar da hazırda Türkiyədə yüksək inflyasiya və bahalı yaşayış səbəbindən evlərini satırlar.
QAZİLER.AZ