ABŞ Məxfi Xidməti səhvən 2001-ci il sentyabrın 11-də hücumu həyata keçirən kamikadzeləri faciə qurbanları sırasına daxil edib.
Qaziler.az xəbər verir ki, bu barədə “Daily Caller” məlumat yayıb.
Portalın məlumatına görə, departament “X”dəki rəsmi səhifəsində 2996 nəfərin hücumun qurbanı olduğunu göstərən yazı dərc edib.
“Qərargahımızda asılan bayraq 11 sentyabr faciəsini kədərli xatırladır. Azadlıq və fədakarlıq rəmzi olan bayraq bütün 2996 qurbanın xatirəsini ehtiramla yad edir”, - nəşr qeyd edib.
QAZİLER.AZ