İsrail hakimiyyəti Fələstinin HƏMAS hərəkatının 2023-cü il oktyabrın 7-də hücumundan fələstinlilərə qarşı təcavüzə haqq qazandırmaq üçün istifadə edib.
Qaziler.az xəbər verir ki, bunu Qətərdəki “Taliban” siyasi bürosunun rəhbəri Süheyl Şahin “RİA Novosti”yə müsahibəsində bildirib.
“11 sentyabr hadisələri Əfqanıstana qarşı təcavüz üçün bəhanə kimi istifadə edilib, necə ki oktyabrın 7-də baş vermiş hadisələr də Qəzza zolağına eyni prinsiplə təcavüz etmək üçün istifadə edilib”, – Taliban sözçüsü bildirib.
2023-cü ilin oktyabrında HƏMAS-ın İsrailə hücumu nəticəsində çoxlu mülki və hərbçi girov götürüldükdən sonra Yaxın Şərqdə vəziyyət gərginləşib. Buna cavab olaraq Təl-Əviv Qəzza zolağında hərbi əməliyyata başlayıb.
QAZİLER.AZ