Xarkovdakı terror aktını erməni törədib

Xarkovdakı terror aktını erməni törədib backend

“Xarkovda törədilən terror aktının arxasında erməni mənşəli Filip Ekozyantsın rəhbərlik etdiyi “Xarkov partizanları-terrorçular” təşkilatı dayanır. Bunu partlayıcı qurğunun qalıqlarının analizi də təsdiqləyir”.

Virtualaz.org saytı xəbər verir ki, bu sensasion bəyanatı Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko verib.

“Əvvəllər “Xarkov partizanları-terrorçular” təşkilatının liderlərindən biri olan uğursuz şair Filip Ekozyants dəfələrlə pafosla bəyan edib ki, teraktlar hazırlanır. O, bununla da Kremldən olan sirafişçilər qarşısında hesabat vermiş olurdu. Ekozyants bunu adətən sakitcə, təmkinlə edirdi. Eyni zamanda ona da eyham vururdu ki, onların qrupu - “Xarkov partizanları-terrorçular” təşkilatı terror aktlarını adətən qansız və qurbansız həyata keçirirlər.

Lakin bu ağ yalandır, riyakarlıqdır. Əvvəlcə Xarkovun Moskva Rayon Məhkəməsinin binası qarşısında partlayış oldu. Nəticədə onlarla adam yaralandı. Bu gün (dünən-red.) isə iki nəfər öldü, 11 nəfər yaralandı. İndi isə “Xarkov partizanları-terrorçular” təşkilatı qorxusundan belə açıqlama yayır ki, onların bu partlayışda guya əli yoxdur” - deyə A.Geraşenko öz facebook hesabında yazıb.

Qeyd edək ki, Xarkovda törədilən terror aktında 2 nəfər ölüb, onlarla adam yaralanıb.
Diaspora